AZ

“LC Waikiki” və “Penti”nin Azərbaycandakı nümayəndəliyi kiçilir - 3,8 milyon...

“LC Waikiki” və “Penti” markalarının Azərbaycandakı nümayəndəsi nizamnamə kapitalını azaldır.

“Ölkə.Az”ın məlumatına görə, “Best Brands Group MA” MMC-nin nizamnamə kapitalı 3,8 mln manat və ya 33 dəfəyə yaxın azaldılaraq 120 min 80 manata endirilir.

Daha əvvəl şirkətin nizamnamə kapitalı 3 mln 920 min 80 manat təşkil edirdi.

Qeyd edək ki, “Best Brands Group MA” MMC 2016-cı ildə təsis olunub. Şirkət Türkiyənin məşhur geyim markaları olan “LC Waikiki” və “Penti” markaların Azərbaycanda rəsmi nümayəndəsidir. MMC-nin qanuni təmsilçisi Ömərov Sübhan Möhübbət oğludur.

Könül
Ölkə.Az

 

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla