AZ

"Musa bir az depressiyaya düşüb" - "Yurqorden"in baş məşqçisi

“Yurqorden”in baş məşqçisi Tomas Lagerlöf son oyunlarda heyətdən kənarda qalan Musa Qurbanlı haqda fikirlərini bildirib.

Futbolpress.az "fotbollskanalen.se" saytına istinadən xəbər verir ki, mütəxəssis azərbaycanlı forvardla bağlı bunları deyib:

"Onun çətin durumda olduğu aydındır. Ardıcıl iki oyunda komandadan kənarda qalmaq acınacaqlı vəziyyətdir. Rəqabətli mühit var və seçim etməliyik. Ehtiyat skamyamızda üç hücumçumuz var və seçim etməli oluruq. Daha yaxşı əvəzedici kimdirsə, meydana o çıxır. Musa mübarizə aparır, amma ayındındır ki, kənarda qalmaq çətinlik yaradır.

Hiss olunur ki, Musa bir az depressiyaya düşüb. Sıx qrafikdəyik və buna baxmayaraq, kənarda qalmaq onu sıxır". 
Seçilən
14
Mənbələr
Şərh ()
Bağla