AZ

Musa Qurbanlı susqunluğunu pozdu: "Kimsə deyə bilməz ki..."

“Yurqorden”in futbolçusu Musa Qurbanlı müsahibə verib.

Futbolpress.az "fotbollskanalen.se" saytına istinadən xəbər verir ki, forvard əsas heyətə düşə bilməməsindən danışıb:

"Futbolda bəzən belə hallar olur. Hər kəsin başına gələ bilər. Həmişə olduğu kimi işimi görməyə və başımı dik tutmağa çalışıram. Bura gəldiyim ilk gündən məsuliyyətli olmuşam. Kimsə deyə bilməz ki, az məşq edirəm və ya bütün gücümü qoymuram. Hamıya hörmət etmişəm və bunun qarşılığını görmüşəm. Mənimçün vacib olan budur.

Oynamayanda problem yaradan oyunçulardan deyiləm. İşlərin belə olmasında səbəbi özümdə axtarıram, başqasının dediklərində yox. Bəhanə axtarmıram. Son qərarı məşqçi verir və ona hörmətlə yanaşıram. Oynamasam da, daha çox məşq edirəm. Kiməsə hörmətsizlik etməmişəm".


Musa Qurbanlı bu mövsüm İsveç çempionatında bir oyuna çıxıb.
Seçilən
14
1
Mənbələr
Şərh ()
Bağla