AZ

"Odlar yurdu sığorta brokeri"ni cərimə gözləyir

"Odlar yurdu sığorta brokeri" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 25 Aprel 2024, 08:17   
Seçilən
66
Mənbələr
Şərh ()
Bağla