AZ

COP29 Azərbaycanda və ondan kənarda təmiz enerjiyə keçiddə dönüş nöqtəsi ola bilər - Fatih Birol (Özəl müsahibə)

Bakı. Trend:

COP29 Azərbaycanda və onun hüdudlarından kənarda təmiz enerjiyəkeçiddə dönüş nöqtəsi ola bilər.

Bunu Trend-ə özəl müsahibəsində Beynəlxalq Enerji Agentliyinin(BEA) icraçı direktoru Fatih Birol deyib.

“Uzun illərdir ki, Azərbaycanla Avropa arasında yaxşı,qarşılıqlı faydalı əlaqələr mövcuddur. Azərbaycan Cənub Qaz Dəhlizivasitəsilə enerji resurslarını tədarük etməklə artıq Avropa üçünetibarlı enerji tərəfdaşı olduğunu sübut edib. Ölkə həm külək, həmdə günəş enerjisi sahəsində də böyük potensiala malikdir. Hökumətbu istiqamətdə addımlar atır və bərpa olunan enerji potensialınımaksimum dərəcədə artırmaq üçün yaxşı planlara malikdir. Günəşenerjisi sahəsində hərracın elan edilməsi bu istiqamətdə gözəlnümunədir", - deyə o bildirib

Birol hesab edir ki, bu planlar reallaşarsa, Azərbaycan təmizenerji sahəsində də Avropa üçün yaxşı tərəfdaş ola bilər.

“Bununla bağlı çox parlaq nümunələr var, o cümlədən Qara dənizindibi ilə kabel çəkilişi layihəsi. Təbii qaza əsaslanan mövcudenerji tərəfdaşlığı ilə yanaşı, bərpa olunan enerji Avropanın vəbütün dünyanın ehtiyac duyduğu mühüm komponentə çevrilə bilər vəAzərbaycanın bu sahədə çox yaxşı potensialı var. Avropanın yaşılkeçidi təmiz enerjiyə, yəni günəş enerjisi, külək enerjisi, enerjisəmərəliliyi, həmçinin bəzi ölkələrdə yaşıl hidrogen və nüvəenerjisinə əsaslanır. Azərbaycan artıq təmiz enerji sahəsindəmüəyyən addımlar atıb, lakin bu, ölkənin malik olduğu ümumipotensialın yalnız bir neçə faizini təşkil edir. Ona görə də mənhəqiqətən ümid edirəm ki, bu potensial, ilk növbədə, Azərbaycanındaxili bazarında tam olmasa da, böyük ölçüdə istifadə olunacaqdır”,- deyə BEA-nın icraçı direktoru bildirib.

Bundan əlavə, Birolun qeyd etdiyi kimi, potensial o qədərböyükdür ki, Azərbaycan, müxtəlif yollarla Avropaya yaxşı ixracmənbəyinə çevrilə bilər.

“Mən həmçinin hesab edirəm ki, Azərbaycan ölkə daxilində enerjisəmərəliliyinin artırılmasına diqqət yetirməlidir. Burada böyükpotensial var. Bu baxımdan, COP29 təkcə regional və beynəlxalqsəviyyədə deyil, həm də yerli səviyyədə dönüş nöqtəsi ola bilər.Ötən il Azərbaycan qazının Avropaya ixracı təqribən 12 milyardkubmetr təşkil edib və bu, Avropaya qaz idxalını şaxələndirməyəkömək edən mühüm həcmdir. COP-un iclasları bütün dünyada keçirilənbeynəlxalq sammitlərdir. COP-un bir neçə iclasında iştirak etməkimkanım oldu. COP29 ilə bağlı mənim Azərbaycanın sədrliyindən birsıra gözləntilərim var. Birincisi, bərpa olunan enerji, enerjisəmərəliliyi, metan emissiyalarının azaldılması üzrə COP28-in yaxşınəticələrini gücləndirmək. İkincisi, ümid edirəm ki, bütün dünyadatəmiz enerjiyə keçid üçün çox vacib bir mövzu, yəni təmiz enerjikeçidinin maliyyələşdirilməsi diqqət mərkəzində olacaq. Ölkələrqarşıdakı illərdə emissiyaları azaltmaq üçün yeni öhdəliklərgötürməyə hazırlaşır. Ümid edirəm ki, Azərbaycanın sədrliyi bunayaxşı zəmin yaradacaq”, - deyə o bildirib.

Bundan əlavə, BEA-nın icraçı direktoru hesab edir ki, Azərbaycanyaşıl keçid sahəsində lider ola bilər.

“Region ölkələri metan emissiyalarının azaldılması və enerjisəmərəliliyinin artırılması sahələrində böyük fayda əldə edəbilərlər, çünki onların regionda enerji səmərəliliyi göstəriciləribeynəlxalq göstəricilərdən aşağıdır. Ümid edirəm ki, Azərbaycanbayaq qeyd etdiyim beynəlxalq aspektlərlə yanaşı, bu iki regionalaspekti də nəzərdən keçirəcək”, - deyə Fatih Birol bildirib.

Birol qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsidir və bu ölkə,həm də yaşıl enerji sahəsində lider olmaq və aparıcı rol oynamaqistəyir, çünki ölkənin bunun üçün potensialı var.

"Azərbaycan bütün dünyada iqlim dəyişikliyi ilə mübarizəyə mühümtöhfə verməklə təmiz enerjiyə keçidini dəstəkləmək üçün addımlarata biləcək. Azərbaycanın regionda öz liderliyini nümayiş etdirməküçün çox böyük imkanı var. Azərbaycan hökumətinin nümayəndələri, ocümlədən COP29-un prezidenti və onun həmkarları, xarici işlər vəiqtisadiyyat nazirləri ilə müzakirələrdə gördüm ki, onlar özişlərini mükəmməl şəkildə yerinə yetirmək əzmindədirlər”, - deyəBirol bildirib.

O, BEA-nın COP28-in uğurla keçirilməsi üçün Birləşmiş ƏrəbƏmirliklərinə dəstək verdiyi kimi, Azərbaycana da dəstək verməyəhazır olduğunu vurğulayıb.

“Mən Azərbaycan hökumətindən olan həmkarlarımıza dedim ki, bizAzərbaycanın sədrliyini hərtərəfli dəstəkləməyə hazırıq. Birincisi,mayın 15-də burada, Parisdə bir sıra hökumətlərin, beynəlxalqtəşkilatların nümayəndələrinin iştirakı ilə Bakıda keçiriləcəkCOP29-da yaxşı nəticələr əldə etməyin yollarını müzakirə etmək üçünyüksək səviyyəli dialoq təşkil edəcəyik. Bu iclasa Azərbaycanınekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və mən sədrlikedəcəyik. Dünyanın hər yerindən hökumət nümayəndələri bu görüşdəiştirak edəcəklər”, - deyə o bildirib.

İkincisi, Birolun qeyd etdiyi kimi, Azərbaycan hökumətimaliyyədən tutmuş metan emissiyalarının azaldılmasına, səmərəlilikvə bərpa olunan enerjiyə qədər müxtəlif məsələlər üzərindəişləyir.

"Biz COP28 zamanı etdiyimiz kimi Azərbaycanı dəstəkləmək,məsləhətlər vermək və töhfə vermək üçün Azərbaycan hökuməti ilə çoxsıx işləmək niyyətindəyik. Azərbaycandan sonra Braziliyada COP-unnövbəti iclası olacaq. Mən artıq Braziliyaya səfər etmişəm, oradaprezident Luiz İnasio Lula da Silva ilə müzakirələr aparmışam.Konkret addımları ətraflı müzakirə etmək üçün tezliklə Bakıyagələcəm. Artıq dediyim kimi, Beynəlxalq Enerji AgentliyiAzərbaycana hərtərəfli dəstək verməyə hazırdır”, - deyə obildirib.

Birol qeyd edib ki, onun Bakıya səfəri Parisdəki görüşdən sonrabaş tutacaq.

“Mən artıq burada, Parisdəki qərargahda Azərbaycan hökumətininbir neçə nümayəndəsini qəbul etmişəm, lakin nazir Babayevlə ilkgörüş mayın 15-də baş tutacaq. Bundan sonra BƏƏ-də olduğu kimiuğurlu görüşün keçirilməsi üçün atılmalı olan konkret addımlarıətraflı müzakirə etmək üçün Bakıya gələcəm”, - deyə BEA-nın icraçıdirektoru bildirib.

X: @Lyaman_Zeyn

Seçilən
31
3
Mənbələr
Şərh ()
Bağla