AZ

Berlin Rusiyanın mayeləşdirilmiş təbii qazının Aİ-yə idxalına qadağa qoyulmasını təklif edib

Almaniya hökuməti Moskvaya qarşı Avropa sanksiyalarının 14-cü paketinə Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropa İttifaqına idxalına embarqo qoyulması təklifini dəstəkləyir.

APA xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

“Bəli, mən bunu dəstəkləyirəm, Almaniyanın Rusiyadan mayeləşdirilmiş təbii qazına artıq ehtiyacı yoxdur, bizim Rusiya ilə onun tədarükü üçün hər müqaviləmiz də yoxdur”, - Almaniyanın İqtisadiyyat naziri Robert Habek deyib.

Ekspertlərin fikrincə, Rusiya hazırda Aİ ölkələrinə LNG tədarükünə görə ABŞ-dan sonra ikinci yerdədir. Onun ümumi idxalda payı 16% təşkil edir.

Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla