AZ

Yanacaqsız işləyən kosmik mühərrik icad edilib

Yanacaqsız

NASA-nın keçmiş mühəndisi yanacaq tələb etməyən kosmik gəmi mühərriki icad edib.

Reyting.az
-ın məlumatına görə, “Exodus Propulsion Technologies” startap şirkətinin həmtəsisçisi Çarlz Buehler uzun illər NASA ilə əməkdaşlıq etmiş amerikalı mühəndisin yeni kəşfini təsdiqləyib.

Ç. Buehler deyib ki, bu işin tezliklə reallaşması üçün onun şirkəti lazım olan praktik işləri başa çatdırıb. O, kosmik uçuşlar üçün reaktiv hərəkət sisteminin hazırlandığını bəyan edib.

Yanacaqsız reaktiv mühərrik üzərində iş aparan şirkət tərtibatçılarının fikrincə, bu cihaz kütləni atmadan yerin cazibə qüvvəsinə qarşı çıxmaq üçün kifayət qədər qüvvətli təkan yaradır.

Xatırladaq ki, Bühler və komandası 20 ildən çoxdur yanacaqsız mühərrik konsepsiyasını tədqiq etməyə başlayıblar.

Yeni ixtiranın xüsusiyyətlərinə görə, o, heç bir maneə olmadan elektrik sahələrində davamlı qüvvə yaratmaq, cismin ağırlıq mərkəzini kütlənin bir hissəsini yerindən tərpətmədən hərəkət etdirmək gücünə malikdir. Yeni mühərrikdə istifadə olunan materiallar dielektrik film üzərində dəstəklənən bir neçə fərqli növ yükdaşıyıcı örtüklərindən ibarətdir.

Mühəndis əlavə edib ki, şirkətin hərəkət sistemi yanacaq vasitəsilə kütlə atmadan yerin cazibə qüvvəsinə bərabər olan bir qüvvə yaratmaq qabiliyyətini nümayiş etdirib.

Bildirilir ki, enerjiyə qənaəti nəzərdə tutan qaydalar var və onlara düzgün əməl olunarsa, bəşəriyyətin əvvəl istifadə etdiyindən fərqli qüvvələr də yaratmaq mümkündür.

Oqtay QORÇU
Seçilən
67
Mənbələr
Şərh ()
Bağla