AZ

Yunanıstan səması narıncı rəngə boyadı - VİDEO - FOTO

Yunanıstanın paytaxtı Afinada səma narıncı rəngə boyanıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Afrikadan gələn çöl tozu səbəbilə yerli əhaliyə xəbərdarlıq edilib.

Yunanıstan tənəffüs yolları xəstəlikləri qurumunun yaydığı məlumata əsasən, atmosferdəki çöl tozu hissəciklərinin nəfəs problemləri olanlar üçün təhlükəli olduğu bildirilib.

Açıqlamada, tənəffüs və ürək xəstəlikləri olanların açıq havada gəzməməsi, pəncərələri bağlanmaları məsləhət görülüb. Eyni zamanda açıq havada maskalardan istifadə və xroniki xəstəlikləri olanların həkimlə daimi əlaqə saxlaması xahiş edilib.

Çöl tozu səbəbilə şəhər mərkəzində və bölgədə görünüş məsafəsi məhdudlaşıb.

Yunanıstan Meteorologiya İdarəsindən bildirib ki, ölkənin şimal və qərbində palçıqlı yağış gözlənilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla