AZ

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Türkiyə

Ankara, 25 aprel, AZƏRTAC

Türkiyə kosmik texnologiyaları sahəsində türk dövlətləri ilə əlaqələrin maksimal inkişafını hədəf alıb. Biz həm peykin birgə işlənib hazırlanması və buraxılması, həm də gənclər düşərgəsinin təşkili layihəsini müzakirə edirik, bu da böyüməkdə olan nəslin kosmosa marağını artırmağa imkan verəcək.

Bu barədə AZƏRTAC-la söhbətdə Türkiyə Kosmik Agentliyinin rəhbəri Yusuf Kırac bildirib.

O xatırladıb ki, Türk Dövlətləri Təşkilatı ölkələrindən olan gənclər üçün bu cür ilk düşərgə ötən il Türkiyənin Bursa şəhərində təşkil olunub. “Bu cür təşəbbüslər ölkələrimizin yaxınlaşması üçün çox vacibdir. Gənclər qarşılıqlı əlaqələrimizin gələcəyinə körpüdür.

Onun sözlərinə görə, gənclər üçün ikinci kosmik düşərgəsi çərçivəsində Azərbaycanda Vətən müharibəsi şəhidlərinin uşaqları üçün xüsusi kvota ayrılacaq.

Seçilən
157
Mənbələr
Şərh ()
Bağla