AZ

Bakı 2 maşın toqquşub yararsız vəziyyətə düşdü

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı minik avtomobilinin sürücüsü qəfil əyləcdən istifadə edib.

Bu zaman eyni istiqamətdə hərəkətdə olan “Honda” markalı minik avtomobili, arxadan “Chevrolet”ə çırpılıb.

Nəticədə “Chevrolet” markalı minik avtomobili yolun əks istiqamətinə düşüb.

Hadisədə bir nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Seçilən
124
5
Mənbələr
Şərh ()
Bağla