AZ

Fanatlarından Madonnaya qarşı gözlənilməz addım

Məşhur müğənni Madonnanı fanatları yenidən eyni səbəblə məhkəməyə veriblər.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bir müddət əvvəl "Celebration" adlı konsert turuna çıxan ifaçı konsertinə gecikdiyinə görə iki fanatı tərəfindən məhkəməyə verilmişdi.

Daha sonra Madonnanın vəkilləri həmin şəxslərdən şikayəti geri çəkmələrini tələb etmişdi.

Eyni hal yenidən yaşanıb. Bu dəfə də Vaşinqtonda konsert verən ifaçı səhnəyə xeyli gec çıxıb. Fanatları "Bizə qarşı böyük hörmətsizlik etdi" deyərək ifaçını qınayıblar.

Konsertə birlikdə bilet alan üç nəfər Madonnanın səhnəyə 2 saat gec çıxdığını əsas gətirərək ondan şikayət ediblər.

Fanatların vəkilləri iddia ediblər ki, tamaşaçılar isti, narahat bir arenada saatlarla şou üçün gözləməyə məcbur olublar, bu da Madonnanın pərəstişkarlarına tamamilə hörmətsizlik etdiyini nümayiş etdirib.

Bəziləri isə Madonnanın konserti zamanı özü deyil də, fonoqramdan istifadə etdiyini bildirib. "Rolling Stone"un yaydığı məlumata əsasən, konsertə gedən fanatlar aldandıqlarını və konsertdən vaxtından tez qayıtmaq məcburiyyətinfə qaldıqlaırını deyiblər. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla