AZ

Suriya prezidenti HƏMAS liderlərini ölkəsində qəbul etməkdən qəti şəkildə İMTİNA ETDİ

Suriya prezidenti Əsəd İran vasitəçilərinə ölkəsində HƏMAS-ın rəhbərliyini qəbul etməkdən qəti şəkildə imtina etdiyini bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Misirin “Əl Liva” qəzeti yazıb.

Nəşr yazır ki, Suriya prezidenti hətta HƏMAS-ın “xaosun yayılmasında və suriyalılar arasında döyüşlərin təşviq edilməsində” fəal rol oynadığını qeyd edərək, məsələni müzakirə etməkdən belə imtina edib.
Həmçinin “Sky News Arabia” telekanalı HƏMAS-ın təşkilat liderlərinin Qətərdən Suriyaya köçməsi xəbərini təkzib etdiyini bildirib.

Bizim.Media

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla