AZ

Eçmiədzin kilsəsi şeytan yuvasıdır

Paşinyan garagüruha qalib gələ bilsə Ermənistanda yeni bir era başlayacaq

Son günlərdə xaricdən Ermənistana müdaxilənin bir qədər səngiməsi göstərir ki, bu ölkədə qızışdırıcı meyillər aradan qalxsa, özü öz gələcəyini və inkişaf yolunu düzgün müəyyənləşdirə bilər. Baş nazir Nikol Paşinyanın iqtidarda olduğu altı ildə söylədikləri hələ indi əməlləri ilə uyğun gəlməyə başlayıb. O, əvvəllər erməni cəmiyyəti qarşısındakı çıxışlarında qonşularla dil tapmağı, münasibət qurmağı irəli sürürdü. Lakin daşnaklar və revanşistlər xaricdən aldıqları təlimat üzrə ona qarşı çıxırdılar, bununla da danışılanlar elə söz olaraq qalırdı. Hazırda bu tendensiya daha da güclənib. Azərbaycanın 4 kəndinin dinc yolla qaytarılmasına əngəl yaratmağa çalışanlar daha da azğınlaşıblar. Onlar hətta Tavuş bölgəsindəki erməni hərbi hissəsinə hücum da ediblər.

Xüsusi qeyd edilməlidir ki, Hayastanda tarixən bütün fitnə-fəsadlara, qətl və terrorlara Eçmiədzin kilsəsi “xeyir-dua” verib. Hətta qondarma dövlətin bir çox başçıları katalikosdan asılı vəziyyətdə qalıblar. Bir sözlə, kilsə daim radikal ali rəhbər səciyyəsi daşıyıb. Əslində isə şeytan yuvası olub. Nikol Paşinyana qədər vəziyyət bu cür davam edib. Kilsə “xadimləri” "dənizdən-dənizə böyük Ermənistan”ın quraşdırılmasına mane olan Türkiyəni və Azərbaycanı Hayastanın əbədi düşmənləri elan ediblər. Hayastan cəmiyyətində bu gün elə davakar və sərsəm qruplar var ki, ağılsız düşmənçiliyin aradan qaldırılması yolunda divar kimi dayanıblar. Hazırda onlar Hayastanın Azərbaycana və qardaş Türkiyəyə doğru hər hansı addımına qarşı çıxmağa, yenidən qan tökülməsinə razıdırlar. Nəinki razıdırlar, hətta onu körükləməkdədirlər. Ona görə də bu cür qart və barışmaz düşmənlərə qarşı həmişə ayıq və hazır olmaq vacibdir. Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır:

Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi gündən müdafiə məsələsini bu cür müəyyən edib və bu barədə dəfələrlə açıq danışıb.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib ki, “Bilirəm ki, həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var: İki proses paralel getməlidir. Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir”.

Əslində yeni müharibə istəməyən Ermənistan əhalisinin əksəriyyəti də baş nazir Paşinyana bundan çəkindiyinə, qonşularla münasibətləri normallaşdırmağa çalışdığına görə dəstək verir. Məhz buna görə Ali Baş Komandan Nikol Paşinyanın başçılıq etdiyi silahlı qüvvələr İkinci Qarabağ müharibəsində azərbaycanlılara məğlub olsa da lakin baş nazir seçkilərində səs çoxluğu ilə ermənilərə ikinci dəfə qalib gəldi.

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinə Fransa və İrandan başqa hər kəs dəstək verir. ABŞ, Avropa İttifaqı, Türkiyə və əksər Qərb dövlətləri Azərbaycan və Ermənistan arasında dörd kəndin qaytarılması barədə anlaşmanı alqışladıqlarını rəsmən bəyan ediblər. Ancaq indi açıq görünür ki, Ermənistanda buna əngəl törətməyə cəhd göstərən həmin davakar qüvvələrdir. Belə ki, radikal-revanşist erməni müxalifəti Azərbaycana aid kəndlərin geri qaytarılmasını yolverilməz hesab edir. Buna əngəl olmaq üçün sərhəd bölgəsində qarşıdurma yaratmağa, gərginliyi mümkün qədər artırmağa çalışır.

Maraqlıdır ki, Ermənistanda son günlər baş verən toqquşmalar bu proseslərin əsasən iki mərkəzdən ortaq şəkildə idarə olunduğunu göstərir. Belə ki, xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporunun “sərhəd təxribatları”nı maliyyələşdirməsi barədə məlumatlar mövcuddur. Digər tərəfdən, “sərhəd təxribatlarına” erməni kilsəsinin rəhbərlik etdiyi də inkaredilməz reallıqdır. Belə ki, geri qaytarılması üzərində ikitərəfli anlaşma əldə olunmuş dörd kəndə erməni keşişlər radikal təxribatçı dəstələrlə hücumlar edir, yolları kəsirdilər, ərazinin minalardan təmizlənmə prosesinə əngəl törətməyə çalışırdılar. Ancaq gücləri çatmadı.

Belə anlaşılır ki, erməni diasporu, terror mərkəzi olan kilsə və radikal-revanşistlər absurd “xəyallar”ın təsiri altında son müqavimət ehtiyatlarını artıq işə salıblar. Ancaq unutduqları bir reallıq da mövcuddur ki, artıq keçən əsrin 90-cı illəri deyil. İndi tamamilə fərqli bir dövrdür. Hər şey çox dəyişib və daha erməni təxribatları hər hansı nəticə verə biməz. Yəni, əgər, erməni toplumu Cənubi Qafqazda mövcudluğunu qoruyub saxlamaq istəyirsə, qonşuların ərazilərini ələ keçirtmək kimi sərsəm iddialarından tamamilə əl çəkməlidir. Ermənistan da sivil ölkələr kimi qonşu ölkələrlə normal münasibətlər qurmalıdır. Yaxşı haldır ki, bu gün rəsmi İrəvan ölkənin sivil dünyaya inteqrasiyasına, qonşularla normal münasibət qurmaq xəttinə qarşı çıxanları ölkənin əsl düşməni hesab edir. Halbuki hazırda erməni keşişlərin belə silaha sarılaraq baş nazir Nikol Paşinyanı açıq hədəf elan etdikləri barədə də müəyyən məlumatlar mövcuddur. Heç şübhəsiz ki, bədxahların planında baş nazirin cismən  arada götürülməsi də var. Axı, terror onların sevdikləri işlərdən ən başlıcasıdır. Ancaq Paşinyan hələlik özünü bu təhlükədən də qoruya bilir. 2018-ci ildən başlanan bütün ermənilərin katalikosu II Qareginlə Paşinyanın pis münasibətləri bu günlərdə öz apogeyinə çatıb. İrəvanda dünənki qarışıqlıqların-24 aprel nağıllarının “ssenari müəlliflərindən biri” Eçmiədzin kilsəsidir. Kilsənin aşkar və gizli casusları, onlarla fikir birliyində olan daşnaklar və revanşistlər sadə əhalini hökumətə itaətsizliyə, ordunu isə əmrə tabe olmamağa çağırırlar. Bu cırtdan ölkədə hazırda necə deyərlər, "bıçaq sümüyə dirənib." Artıq açıq görünür ki, baş nazir Nikol Paşinyan hay qaragüruhunun müqavimətini qıra bilsə, diasporu öz yerində oturtmağı bacarsa Ermənistanda yeni bir era başlayacaqdır. Bu eranın konturları özünü göstərməkdədir. Gəlsin...Yüz illər boyu xəritəsi, ərazisi və sərhədi olmayan qurama Hayastan rəsmi dövlət statusu almağın bir addımlığındadır. Bəlkə ondan sonra gözləri daim qonşuların torpaqlarında qalan gerizəkalı toplum özünün kim olduğunu anladı. Ancaq bu, heç də onların ağıllandıqlarının sübutu olmayacaq. Çünki hayların anadangəlmə “erməni xəstəliyi” dünyada müalicəsi tapılmayan yeganə iki mərəzdən biridir. "Südlə gələn, sümüklə də çıxmalıdır",-deyirlər. Əgər bu dəfə reallığı düzgün qiymətləndirib qonçularla dil tapmasalar hayların müalicəsi yenə də taleyin ümidinə qalacaqdır...

Vəli İlyasov, "İki sahil"

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla