AZ

Sanksiyalara baxmayaraq, Rusiya bazarları Qərb malları ilə doludur...

...O vaxt, 2022-ci ilin fevral ayından etibarən 1400-ə yaxın şirkət Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına etiraz olaraqbu ölkədəkifəaliyyətini dayandıracağını bəyan edib. Lakin münaqişənin başlanmasından iki ildən çox vaxt keçsə də, bu şirkətlərin bir çox məhsulları, o cümlədən dünyanın ən tanınmış brendləri Rusiyada geniş şəkildə əlçatan olaraq qalmaqdadır.

SİA-nın əldə etdiyi məlumata görə, bunuƏl-Cəzirə bir ay davam edən araşdırmasından sonra bəyan edib.

...Paralel idxalın leqallaşdırılması Rusiya müəssisələrinə üçüncü ölkələr vasitəsilə qadağan olunmuş malların idxalı üçün alternativ zəncirlər şəbəkəsi yaratmağa imkan verir. Bu məhsulları istehsal edən şirkətlər bu qeyri-rəsmi paylama şəbəkələrinin fəaliyyətini cilovlamaqda ya istəmədilər, ya da bacarmadılar.

Bu nəşr bunu Rusiya iqtisadiyyatına Qərbin gözlədiyindən qat-qat yaxşı sanksiya təzyiqinə tab gətirməyə imkan verən amillərdən biri adlandırır.

...Rusiyanın “Infoline Analytics” analitik mərkəzinin direktoru Mixail Burmistrovun sözlərinə görə, Rusiyadan uzaqlaşan Qərb brendlərini üç qrupa bölmək olar.

Yəni gedənlər var və onlar aktiv şəkildə paralel idxalın qarşısını almağa çalışırlar. Bundan başqa problemə göz yumanlar da var. Amma elələri də var ki, Rusiya ilə vasitəçilər vasitəsilə aktiv ticarəti davam etdirib, faktiki olaraq paralel idxalı asanlaşdırırlar.

Yeri gəlmişkən, ABŞ-ın sanksiya rejiminə görə, dünyanın istənilən yerində qeydiyyatdan keçmiş şirkətlər Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməkdə şübhəli bilinsələr, onlar qara siyahıya düşə bilərlər.

Bəzi hüquq müdafiəçiləri isə iddia edirlər ki, istehsalçılar öz məhsullarının Rusiyada onların razılığı ilə satılıb-satılmamasından asılı olmayaraq Birləşmiş Millətlər Təşkilatının Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinə uyğun olaraq satışına görə məsuliyyət daşıyırlar.

...Bununla belə, Beynəlxalq Cinayət Məhkəməsi istisna olmaqla, şirkətlərin məsuliyyətə cəlb edilməsi mexanizmləri məhduddur və yalnız mülki şəxslərə qarşı istifadə edilən ikili təyinatlı malları əhatə edir.

...Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyi döyüş meydanında Rusiya və İran silahlarında tapıldığı iddia edilən xarici komponentlərin məlumat bazasını saxlayır. Verilənlər bazasında ABŞ və bir çox Avropa İttifaqı ölkələri də daxil olmaqla onlarla ölkədən minlərlə şirkət adı var.

AğasəfBabayev

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla