AZ

Türkiyə Kubokunda yarımfinalın ilk görüşləri yekunlaşdı

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin növbəti ilk qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha bir görüş baş tutub.

“Fatih Karagümrük” səfərdə “Trabzonspor”la qarşılaşıb. Beş qolun qeydə alındığı Trabzon təmsilçisinin çətin qələbəsiylə yekunlaşıb.

Bu komandalar arasındakı cavab qarşılaşması mayın 8-də İstanbulda oynanılacaq.

Xatırladaq ki, ilk oyunda “Ankaragücü” doğma meydanda “Beşiktaş”la qarşılaşmışdı və bu görüşdə qapılara qol vurulmamışdı. Bu komandaların cavab qarşılaşması mayın 7-də “Beşiktaş”ın meydanında baş tutacaq.

Türkiyə Kubokunda 2023/2024 mövsümünün final qarşılaşması mayın 23-də keçiriləcək.

Türkiyə Kuboku
Yarımfinalın ilk oyunları

23 aprel

Ankaragücü – Beşiktaş 0:0

24 aprel

Trabzonspor – Fatih Karagümrük 3:2
Qollar: Vişça, 15. Densvil, 41. Funtas, 49 – Mendes, 22. Paoletti, 80.

Seçilən
87
2
Mənbələr
Şərh ()
Bağla