AZ

Cavad Kərimov gəncəli azarkeşləri qəzəbləndirib

Misli premyer liqasının 31-ci turu çərçivəsində Tovuzda keçirilən“Kəpəz” - “Sabah” oyununda gəncəli azarkeşlər arasında gərginlik yaşandı.

Bəs tribunalarda nə baş verib, nədən gərginlik yaranıb? Bu suallarla “Xəmsə” azarkeş qrupunun rəhbəri Aqşin Əsgərova müraciət etdik:
“Cavad Kərimov meydana çıxmağa hazırlaşarkən dəstək çağırışı etdik. Cavad fanklubun dəstəyinə heç bir reaksiya vermədi. Dəfələrlə belə edib. Artıq bu son hədd idi. Oyuna da kifayət qədər azarkeş gəlmişdi. Demək olar ki, hər kəs onu dəstəklədi. Gəncədə yetişən gənc oyunçudu. Bizə heç bir reaksiya vermədi, biz də ona aqressiv hərəkət göstərdik. Yəni biz sənə dəstək veririk, sən bizə heç bir reaksiya vermirsən. Futbolçunun azarkeşlərə münasibətdə böyük ölçüdə hörmətsizliyi oldu. Adil Şükürov da deyib ki, onunla danışıb məsələni yoluna qoyacağıq. Görək onunla hansı formada söhbət aparılacaq”.


ƏSƏD SEYİDOV
Seçilən
84
Mənbələr
Şərh ()
Bağla