AZ

Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir

"Qəzza bölgəsində kütləvi məzarlıqda qətlə yetirilən fələstinlilər lüt soyunduruımuş və əlləri bağlı vəziyyətdə aşkar edilib..."
 
Birləşmiş Millətlər Təşkilatı Qəzza bölgəsində iki böyük xəstəxanada aşkar edilən kütləvi məzarlıqlar barəsində dəqiq, şəffaf və etimad doğuracaq tədqiqatın aparılmasını tələb edir.
 
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat verib. Məlumatı "wsws.org" nəşri yayıb.
 
Beynəlxalq təşkilat ötən istirahət günləri Qəzza bölgəsində Xan-Yunisdə "Nasir" tibbi kompleksinin həyətində və "Əl-Şifa" xəstəxanasının yanında qardaşlıq qəbiristanlığı barədə məlumat əldə edib.
 
"Əldə olan məlumata görə, qətlə yetirilən fələstinlilər lüt soyundurulmuş və əlləri bağlı vəziyyətdə aşkar edilib, bu da hərbi cinayətlərin törədilməsinin mümkünlüyü barədə narahatlıq yaradır", - məlumatda deyilir.
 
CNN telekanalının məlumatına görə, "Şifa"nın ətrafında 380 cəsəd aşkar edilib. Onların çoxu basdırılıb. 
 
Bu zaman Ümumdünya Səhiyyə Təşkilatı bundan öncə məlumat verib ki, bu xəstəxananın İsrail qoşunları tərəfindən martın 18-dən aprelin 1-dək davam edən mühasirəsi zamanı 21 pasiyent həlak olub.
 
Bundan öncə Qətərin "Əl-Cəzirə" telekanalı bölgənin təcili xidmətləri əməkdaşlarına istinadən bəyan edib ki, "Nasir" tibbi kompleksinin həyətində 180 basdırılan cəsəd aşkar edilib, onların arasında yaşlı qadınlar, uşaqlar və cavan kişilər var.
 
Xatırladaq ki, hələ fevral ayında İsrail Müdafiə Ordusu iddia edib ki, HƏMAS isralilli girovları bu xəstəxanada saxlayır, həmçinin onun ərazisində oğurlanan israillərin cəsədləri ola bilər.
 
Qeyd edək ki, BMT Qəzza xəstəxanaları yaxınlığında kütləvi məzarlıq faktının tədqiqinə çağırış edərkən nə İsraili, nə də HƏMASI qardaşlıq qəbiristanlığının meydana çıxmasında əllərinin olmasında ittiham etmir.
 
Lakin belə ittihamlar artıq HƏMAS tərəfindən səsləndirilib, İsrail Müdafiə Orsdusu bu ittihamları qətiyyətlə rədd edir.
Seçilən
82
Mənbələr
Şərh ()
Bağla