AZ

O dılğırın əlinə avtomat verib sərhədə göndərmək lazımdır...

Oğlu əsgər olan erməni anaların gözünün yaşı indi quruyub. Haramıda çoban ilanın başını necə əzirsə, 2020-ci ilin sentyabrından üzü bu yana biz də düşmənin başını elə əzirdik. Müharibənin qanunudur: öldürməsən, səni öldürəcəklər. Adam kimi yaşamağı bacarmayanlar it kimi ölməlidirlər...

Ermənilərin qanının arasına Paşinyan girdi. Sözün həm həqiqi, həm də məcazi mənasında. Əgər Nikol 2020-ci ilin 10 noyabrında gizləndiyi zirzəmidə ağ bayraq qaldırmasaydı, düşmənin itkisi indikindən beş dəfə çox olacaqdı. Müharibə bir neçə ay da uzansaydı, yəqin ki ermənilər hələ də barlı-bəhərli Qarabağ torpaqlarında öz leşlərini axtarırdılar...

2021-ci ilin sərhəd döyüşləri yadınızdadır? 16 noyabrda təxribat cəhdi düşmənə baha başa gəldi. Qırxa yaxın erməni hərbçisi öldürüldü və əsir götürüldü. O döyüşdə ən yaddaqalan hadisə qəhrəman Azərbaycan əsgərinin dəqiq atəşlə bir ovuc qəlpəni erməni hərbçisinin yumşaq yerinə doldurması oldu. Bundan sonra Paşinyan anladı ki, yumşaq yerini qoruya bilməyən hərbçi Vətəni heç qoruya bilməz. Hansı ki, Nikol bunu erməni əsgərləri tankı qoyub unitazı aparanda anlamalıydı.

Arada səyləməyinə baxmayın, hazırda Paşinyan nəfəsi gəlib-gedən ən ağıllı ermənidir. O, ölkəsini və xalqını düşdüyü ağır bəladan xilas etmək üçün gecə-gündüz çalışır. Başa düşür ki, "Böyük Ermənistan" xülyadır, kiçik Ermənistanı qorumaq lazımdır. Qazaxın 4 kəndini bir güllə atılmadan qaytarmağa razı olması bu siyasətin nəticəsidir. Millətinin dağda-dərədə it kimi gəbərməsini istəmədiyi üçün hətta reputasiyasını zərbə altında qoymaqdan da çəkinmir. Onun realist olması bizi qansız-qadadız dədə-baba torpaqlarımıza qovuşdurur. Biz o torpaqları silah gücü ilə də geri qaytara bilərik. Amma min erməni hərbçisinin öldüyü döyüşdə bir Azərbaycan əsgərinin şəhid olması belə bizim üçün böyük itkidir. Amma indi itki vermirik, özümüzü günə veririk. Ermənilər də bir-bir kəndlərimizi geri verir.

Vaxtilə Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan adlı dılğır bu gün Azərbaycanla sərhədə gəlib. O, yerli ermənilərlə görüşərək, onlara ürək-dirək verib. Deyib ki, bərk dayanın, evlərinizi tərk etməyin. Hava qaralandan sonra isə maşınına əyləşərək, tülkü kimi aradan çıxıb.

Paşinyanın ağlı olsa, Ohanyanın əlinə bir avtomat verib belə deyər: "Canın çıxsın, get Vətəni qoru!"

Kəndlilərin arasında əsib-coşmağına baxmayın, səngərə yaxın gəlməz. Vaxtilə nazir olub, məlumatlı adamdır. Azərbaycan əsgərinin 16 noyabr 2021-ci  ildə dəqiq atəşlə erməni əsgərinin yumşaq yerini necə odladığından xəbəri var.

Heç bir erməni bu aqibətdən sığortalanmayıb.

Buna görə də azərbaycanlı görəndə dallarını tuta-tuta qaçırlar...

Seymur VERDİZADƏ


Telegram kanalımız
Seçilən
98
Mənbələr
Şərh ()
Bağla