AZ

ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını ALQIŞLADI

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsinin müavini Vedant Patel keçirdiyi brifinqdə bildirib.

“ABŞ Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə etmək barədə anlaşmasını alqışlayır. 

Bu, uzunmüddətli sülh sazişinin əldə edilməsi istiqamətində mühüm addımdır”, - deyə V. Patel qeyd edib.

Bizim.Media

Seçilən
100
50
Mənbələr
Şərh ()
Bağla