AZ

“Azərbaycanda işləməyə razılıq verdiyimə görə indi başımı iki əlimlə tutmuram”

“Azərbaycanda işləməyə razılıq verdiyimə görə indi başımı iki əlimlə tutmuram.

Qətiyyən belə fikirləşməyin!”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “İrəvan”dan qalmaqalla ayrılan Aleksandr Jidkov deyib.

“İrəvan”a sanksiya tətbiq oluna bilər. AFFA Oyunçuların Statusu və Transferi Komitəsi A.Jidkova olan borcun ödənilməsini tələb edib.

Mayın 1-dək öhdəlik yerinə yetirilməsə, klub lisenziyasının əlindən alınmasından tutmuş, hesabından xal silinməsinə qədər ciddi cəza ilə üzləşə bilər.

FFFA-nın mətbuat xidmətindən bildirilib ki, belə hallarda müddət tamamlandıqdan sonra şikayətçi tərəf növbəti dəfə müraciət ünvanlayır.

Bunun ardından məsələyə baxılır. Yekunda isə FIFA qaydalarına uyğun cəza AFFA tərəfindən tətbiq olunur.

Ötən ilin yayında Rusiyadan vətənə qayıdan, müqavilə şərtlərinin yerinə yetirilməməsi səbəbindən 4 ay sonra buranı tərk edən qapıçılar üzrə məşqçi bu qərarına peşman olmadığını bildirib:

“Futbolçu vaxtımda İsraildə oynayanda mənə sual verirdilər ki, onsuz da, pul yoxdur, milli komanda nəticə qazana bilmir, Azərbaycana niyə gedirsən? Deyirdim, yox,

Bakıda mənə yaxşı yanaşırlar, futbolçu kimi yetişməyimdə Azərbaycandakı insanların rolu olub. Pul oldu-olmadı, həmişə millinin düşərgəsinə gedirdim, kömək etməyə çalışırdım.

Etdiklərimə görə də qətiyyən peşman deyiləm. Bu gün də peşmanlığım yoxdur.

Həyatdır da, nə edək? Həmişə hər şey bizim istədiyimiz kimi olmur. Bəzən dözmək də lazımdır”.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla