AZ

Niger Rusiyadan silah almaq istəyir...

...Niger Daxili İşlər Nazirliyinin rəhbəri Məhəmməd Tumba ölkəsinin Rusiyadan silah almaqda maraqlı olduğunu bildirib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.

Bundan əlavə, Tumba onu da əlavə edib ki, Niger Rusiya hərbi mütəxəssislərinin köməyində maraqlıdır.

Onun sözlərinə görə, onlar yerli təhlükəsizlik qüvvələrinin təlimində dəstək verə bilərlər.

...Rusiya ilə əməkdaşlığımız terrorla mübarizə üçün zəruri olan təlimlərə aiddir. Biz istəyirik ki, ruslar bizim qoşunlarımızı döyüşmək və silahdan istifadə etmək baxımından öyrətsinlər. Rusiyadan silah almağı planlaşdırırıq.

...Bundan əvvəl ABŞ-ın Nigerdən min əsgərini çıxaracağı məlum olub.

Nazlı

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla