AZ

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"iPadOS 18"in buraxılması ilə "Kalkulyator" proqramı "Apple" planşetlərində görünə bilər. "iPad" istifadəçiləri bu funksiyanı cihazın ilk versiyası 2010-cu ildə çıxandan, yəni təxminən 14 ildir gözləyirdilər. 

Valyuta.az xəbər verir ki, bu barədə "MacRumors" mənbələrə istinadən məlumat yayıb.

"PadOS 18"də proqram yeniləməsinə uyğun gələn bütün "iPad" modelləri üçün quraşdırılmış "Kalkulyator"lara tətbiqi olacaq və bunun iyunun 10-da "Apple"ın illik WWDC tərtibatçı konfransının açılışı zamanı açıqlanacağı gözlənilir.

"iPad"də rəsmi "Kalkulyator" tətbiqinin olmaması sosial mediada uzun müddətdir ki, müzakirə edilir. İstifadəçilər bu yardım proqramının görünməsini gözləyərkən, onlar "App Store"dan "PCalc" və "Calcbot" kimi üçüncü tərəf həllərinə etibar edirdilər.

"PadOS 18"in beta versiyasının buraxılması ilə istifadəçilərin "iPad"də "Kalkulyator"dan istifadə edə biləcəkləri gözlənilir. Çox güman ki, o, WWDC konfransında elan ediləndən dərhal sonra əlçatan olacaq. Əməliyyat sisteminin buraxılış versiyası 2024-cü ilin payızında peyda olacaq.

Paşa Məmmədli

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla