AZ

Xəbərdarlıq edildi - “Müharibə sərhədi aşacaq”

NATO-nun ABŞ-də keçiriləcək sammiti zamanı Rusiya Ukraynada irimiqyaslı hücuma keçə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlantic Council” yazır.

“Çox güman ki, Rusiyanın yeni hücumu iyulun 9-11-də Vaşinqtonda NATO-nun 75-ci ildönümünə həsr olunmuş sammiti ilə üst-üstə düşəcək”, - məlumatda deyilir.

Nəşrin fikrincə, belə bir addım NATO-nu aşağılayacaq.

Mənbə vurğulayır ki, danışıqlarda hansısa formada razılaşma haqda dayanmadan düşünmək əvəzinə, NATO təcili olaraq Ukrayna ilə Rusiya üzərində qələbəyə dair ümumi yanaşmanı inkişaf etdirməlidirlər.

“Ruslar Ukraynada irəliləsələr, Bayden administrasiyasının iki yolu olacaq: hazırkı kursda qalmaq - Ukraynanın itkiləri riskini artırmaq, yaxud “rusların qarşısını almaq üçün ukraynalılara nə lazımdırsa etmək” yanaşmasına keçmək. Amma bu da potensial olaraq Rusiya ilə eskalasiya riskini artıracaq”, - məqalədə deyilir.

“Atlantic Council” iddia edir ki, bu yay ABŞ-nin Ukrayna ilə bağlı siyasətində dönüş nöqtəsi olacaq:

“Yaxın bir neçə ayda baş verənlərdən asılı olaraq, münaqişə naməlum əraziyə keçə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla