AZ

PKK-nın Almaniyadakı lideri həbs edildi

PKK-nın Almaniya strukturunun rəhbəri Saim Çakmak tutulub. 

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çakmak Türkiyə Kəşfiyyatı (MİT) və İstanbul bölgə Təhlükəsizlik İdarəsi qruplarının keçirdiyi birgə əməliyyat zamanı İstanbulda tutulub.

Bu barədə Təhlükəsizlik mənbələrindən məlumat əldə olunub.

Terror təşkilatının xarici fəaliyyətlərində fəal iştirakı təsbit edilən Çakmak polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilib. Onun barəsində həbs qətimkan qərarı çıxarılıb.


Telegram kanalımız
Seçilən
61
7
Mənbələr
Şərh ()
Bağla