AZ

Azərbaycan kuboku: Eyni ssenari və ya finalçıların növbəti cəhdi

Azərbaycan kubokunun 2023/24 mövsümünün finalçıları bəlli olub.

İdman.biz xəbər verir ki, 32-ci Azərbaycan kubokunun həlledici matçında “Zirə” ilə “Qarabağ” qarşılaşacaq.

“Neftçi”ni mübarizədən kənarlaşdıran Ağdam klubu tarixində 11-ci dəfə finalda oynayacaq. Onlar bu göstəricidə “ağ-qaralar”ın rekordunu təkrarlayıblar.

“Zirə” isə 2-ci dəfə finalda oynayacaq. 2022/2023 mövsümündə ilk belə sevinci yaşayan “qartallar” məhz “Qarabağ”a uduzublar. Əsas və əlavə 1:1 hesabı ilə başa çatan görüşün qalibi penaltilər seriyasında müəyyənləşib - 4:3. Bununla da Ağdam klubu 7-ci dəfə kuboku başı üzərinə qaldırıb və 6 dəfə yarışın qalibi olan “Neftçi”ni keçib.

Qeyd edək ki, final matçı iyunun 2-də “Liv Bona Dea Arena”da baş tutacaq.

İdman.biz

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla