AZ

ABŞ Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin başlanmasını alqışlayır - Dövlət Departamenti

Bakı. Trend:

ABŞ Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasıprosesinin başlanmasını alqışlayır.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentininmətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə deyib.

“Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-AtaBəyannaməsinin əsas götürüldüyü iki ölkə arasında sərhədlərindelimitasiyası razılaşmasını alqışlayırıq. Bu, uzunmüddətli sülhsazişinin bağlanması istiqamətində mühüm addımdır”, - deyə obildirib.

Patel onu da qeyd edib ki, hazırda ABŞ Dövlət DepartamentininQafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun regiona səfərininmümkünlüyü ilə bağlı Birləşmiş Ştatların hər hansı bəyanatıyoxdur.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın səkkizinci görüşü keçirilib.

Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkinmərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovetİttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqicəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraqBağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara(AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı(AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsinirazılaşdırıblar.

Seçilən
27
4
Mənbələr
Şərh ()
Bağla