AZ

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Alimlər bir neçə saniyəyə enerji ilə doldurula bilən akkumulyator hazırlayıblar.

Valyuta.az xəbər verir ki, cənubi koreyalı bir qrup alim smartfonlarda və elektrik avtomobillərindəki ənənəvi litium-ion batareyalardan həm daha ucuz, həm də təhlükəsiz olan yeni nəsil natrium batareyalar formalaşdırıb. Natriumun (Na) tutumu, əvvəlkilərdən 500 dəfə çoxdur. Üstəlik onlardan daha çox yükləmə və səmərəlilik potensialına malikdir. 

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) tədqiqatçıları yüksək enerjili, daha böyük gücə malik, tez doldurula bilən natrium-ion batareyası hazırlayaraq bu problemlərin öhdəsindən gələ biliblər. Onlar bunu adətən superkondensatorlarla uyğun gələn akkumulyatorlarda istifadə olunan materialları daxil etməklə həyata keçiriblər. Bu akkumulyatorlar elektrik avtomobillərində enerjiyə qənaət edən əyləcdən tutmuş, külək turbininin rotor qanadlarına qədər hər şey üçün istifadə olunur.

Yeni batareya əvvəlkilərə nisbətən daha sıx enerjini özündə saxlayır ki, bu da həm elektrik avtomobillərində, həm də məişət elektronikasında istifadə edilə bilər. KAIST Material Elmləri və Mühəndisliyi Departamentindən professor Junq Ku Kanq rəhbərlik etdiyi araşdırma haqqında açıqlamasında, "Bu hibrid natrium-ion enerji saxlama cihazı sürətli şarj oluna və 247-34748 Wh/kq enerji, həmçinin 34 min 748 W/kg güc sıxlığına çata bilər" - deyib. 

Tədqiqat "Energy Storage Materials" elmi jurnalında dərc olunub. Bu böyük irəliləyiş Yaponiyada bir qrup tədqiqatçının bərk cisimli natrium batareyalarının kütləvi istehsalı üçün yeni bir prosesi kəşf etdikdən bir neçə həftə sonra baş verib.

Yeni texnologiya elektrik avtomobil akkumulyatorlarının doldurma qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq və mövcud enerji nəqliyyat vasitələrinin çeşidini iki dəfədən çox yüksəltməklə məsafə narahatlığını aradan qaldıra bilər.

Elmir

Seçilən
23
50
Mənbələr
Şərh ()
Bağla