AZ

Qurban Qurbanov: “Oyundan razı qaldım”

“Futbolçularımı yenidən finala vəsiqə qazandıqları üçün təbrik edirəm”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, Azərbaycan kuboku prestejdir: “Şükürlər olsun ki, finala vəsiqə qazandıq. Oyundan razı qaldım. “Neftçi”yə uğurlar arzulyıram”.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla