AZ

"İstədiyimiz yeri tutmalıyıq" - Bojoviç

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" matçından (4:1) sonra qonaq komandanın baş məşqçisi Miodraq Bojoviç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü.

- İlk oyunun nəticəsi hər iki komandaya təsir göstərdi. İkinci hissə daha maraqlı keçdi. Qol vəziyyətləri çox oldu. Bu oyunda əvvəlki matçlarda özlərini göstərə bilməyən futbolçulara şans verdim.

- Ağadadaş Salyanskiyin oyunu haqda nə deyə bilərsiniz?
- Biz onu əsas heyətə keçirməyə cəhd edirdik. Bu gün yaxşı oynadı. Epizodlarda uğurlu çıxış edirdi. Sevinirəm ki, komandamızın belə oyunçuları var.

- Müdafiədəki problemlər nə zaman həll olunacaq?
- Məsələ tək müdafiə ilə bağlı deyil. Bütün komanda yaxşı müdafiə olunmur. Bu istiqamətdə işləyirik. Qarşıda 5 oyun var, nəticəyə fokuslanmalıyıq, istədiyimiz yeri tutmalıyıq.

- Siz məşqçi təyin olunduqda, azarkeşlərə söz vermişdim ki, komandanı düzələcəksiniz. İndi məndən soruşurlar ki, nə oldu? Mənim yerimdə olsaydınız onlara nə deyərdiniz?
- Deyərdim ki, mövsümün sonuna qədər gözləsinlər.

Məlik Məlikov
Seçilən
94
Mənbələr
Şərh ()
Bağla