AZ

Xavi qalsa, Silvanın transferini istəyəcək

Bernardo Silva yenidən “Barselona”nın hədəfinə düşüb. Ötən yay portuqaliyalı yarımmüdafiəçini ala bilməyən İspaniya nəhəngi yenidən “Mançester Siti”nin qapısını döyəcək.

Futbolinfo.az xəbər verir ki, Silvanın transferini Xavi Ernandes tələb edir. Baş məşqçi postunu tərk edəcəyini açıqlayan mütəxəssis qalacağı halda portuqaliyalının sərəncamında olmasını tələb edib. “Mançester Siti” də Bernardonun getmək istəyindən xəbərdardır və yaxşı təklif gələcəyi halda onu satmağın əleyhinə deyil.

Silva İngiltərə klubu ilə müqaviləsini ötən yay yeniləyib. 29 yaşlı oyunçunun hazırkı müqaviləsi 2026-cı ildə bitəcək. PSJ-nin də israrla istədiyi futbolçunun transfer dəyəri 80 milyon avrodur.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla