AZ

“Barsa” rəhbərliyi Xavi ilə yenidən görüşdü

“Barselona”nın baş məşqçisi Xavi ilə klub rəsmilərinin danışıqları uğursuz nəticələnib. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, tərəflər 44 yaşı mütəxəssisin müqaviləsinin uzadılması ilə bağlı görüşüblər. Kataloniya klubunun prezidenti Joan Laporta Xavini komandada saxlamaq üçün əlindən gələni edir. Lakin Xavi mövsümün sonunda “Barsa”nı tərk etməkdə israrlıdır.

Onun “Barselona” ilə müqaviləsi 2025-ci ilin iyununa kimi olsa da, yanvarda bəyan etmişdi ki, mövsümün sonunda komandadan ayrılacaq. Son vaxtlar KİV-də Xavinin qərarını dəyişə biləcəyinə dair xəbərlər yayılmışdı.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla