AZ

“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL

Əməkdar artist Firuzə İbadovanın səhnəni tərk etməsi ilə bağlı xəbərlər yayılıb.
 
Moderator.az-a açıqlama verən əməkdar artist xəbərləri kökündən yalanlayıb və bildirib ki, duet oxumağına stop deyib.
 
“Mən deməmişəm ki, Cavanşir Məmmədovsuz səhnəni tərk edirəm. Bu yalan sözdür! Mən dedim ki, Cavanşir müəllimdən sonra kiminləsə duet oxumağıma son deyirəm! Duetlərə stop demişəm. İnanıram ki, mən ondan əvvəl dünyamı dəyişsəydim o da kiminləsə duet oxumayacaqdı, stop deyəcəkdi. O da yanında məndən başqa heç kimi görə bilməzdi. Kiminləsə bir dəfə duet oxuya bilərəm, amma mütəmadi olaraq heç kimlə duet ortağı ola bilmərəm. Əlbəttə ki, tək ifa edəcəm. Səhnəyə də tək gəlmişdim. Amma Cavanşir müəllimlə bizim duet ortaqlığımız çox gözəl alınmışdı. Hər bir qaydada məni qane edirdi. Onun savadı, biliyi, performansı möhtəşəm idi. O sanki mənim uğur simvolum idi. Mən onu, o da məni tamamlayırdı. Mən səhnəsiz yaşaya bilmərəm. Səhnəyə əlvida deməmişəm. Balıq susuz qalar? Əgər mən balığamsa su mənim dərmanımdır, yaşamımdır. Bunu nə məqsədlə, kimlər edirsə bilmirəm. Deyəsən Cavanşir müəllimdən sonra məni də öldürmək istəyirlər?! Səhnəyə 70-ci illərdə gəlmişəm, 1996-cı ildən Cavanşir müəllimlə çalışmağa başlamışam. Dünyanı gəzmişik, dövlət tədbirlərində olmuşuq. Düzdür, Cavanşir müəllim mənim dostum, qardaşım, duet ortağım idi. Onun itkisi mənim üçün böyük təhlükədir. Çünki o məni bəzi insanlardan çox qoruyurdu. İndi artıq Allah məni qorusun” deyə sənətkar bildirib.
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla