AZ

Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”

Moderator.az xəbər verir ki, azyaşlı bədii qiraətçi Zəhra İmranlı  ermənilərin qondarma soyqırımla bağlı tarixini yalanını ifşa edən maraqlı şeir səsləndirib.

 

“Soykırım yalanı” adlı şeirdə Türkiyəni qondarma “erməni soyqırımı”nda ittiham edən,  heç vaxt olmayan bu “soyqırımını” gündəmə gətirməklə Ankaraya təzyiq göstərmək istəyən qüvvələr, eləcə də Fransa, bu ölkənin ermənipərəst siaysəti ifşa olunub.

 

Müəllifi jurnalist-tarixçı Seymur Əliyev olan və Zəhra İmranlı tərəfindən Türkiyə türkcəsində səsləndirilən şeirdə “erməni soyqırımı” yalanını müdafiə edənlərə öz qanlı tarixlərini yada salmaq, Xocalı soyqırımına nəzər salmaq tövsiyə olunur.

 

Şeirdə ermənilərin soyqırımına məruz qalmadığı, əksinə, onların özlərinin türk xalqına qarşı soyqırım həyata keçirdiyi vurğulanır.

 

Ermənilərin “qurban” maskası altında gizlənən qatil olduğunu qeyd edən bədii qiraətçi xatırladır ki, qatili müdafiə etmək onun cinayətinə ortaq olmaq deməkdir. Həmin şeiri oxuculara təqdim edirik.

 

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla