AZ

Lukaşenko ABŞ-ın Ukraynaya yardımı haqqında danışıb

ABŞ-ın Ukraynaya hərbi yardımı “cəbhədəki vəziyyəti dəyişməyəcək”.

 

Oxu24.com  xəbər  verir  ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

 

“Amerikada hər kəsin yekdil fikri budur: Rusiyanı cilovlamaq və boğmaq, Çinlə ayrı-ayrılıqda məşğul olmaq üçün yavaş-yavaş bu yükü Avropa İttifaqı və NATO-nun üzərinə qoyurlar. Məsələ bundadır. Ona görə də az-çox sağlam ukraynalılar qaçana və ya ölənə qədər bir az pul verəcəklər”, - Lukaşenko bildirib.

 

Belarus prezidenti əlavə edib ki, “pul ayrılması özlüyündə məsələnin həlli deyil – bu məbləğin ödənilməsinə ehtiyac olacaq və Ukraynaya yeni hərbi kreditin böyük hissəsi ABŞ-da veriləcək”.

 

Miri

 

Seçilən
95
39
Mənbələr
Şərh ()
Bağla