AZ

Azərbaycan Basketbol Liqası: "Sabah" müntəzəm mövsümü birinci pilllədə başa vurub

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XVIII turuna start verilib.

"Report"un məlumatına görə, günün yeganə matçında "Sabah" və "Xəzri" komandaları üz-üzə gəliblər.

“Sərhədçi” İdman Mərkəzindəki qarşılaşma "Sabah"ın qələbəsi ilə bitib - 77:65.

Qələbə sayəsində xallarının sayını 33-ə çatdıran "Sabah" müntəzəm mövsümü birinci pillədə başa vuracaq. "Xəzri" hələlik 31 xalla ikincidir.

Qeyd edək ki, turun digər qarşılaşmaları aprelin 25-28-də gerçəkləşəcək.

Seçilən
17
2
Mənbələr
Şərh ()
Bağla