AZ

Rusiyada maraqlı hadisə: Avtoyuma məntəqəsinə gələn sakinlər fillərlə qarşılaşdılar - VİDEO

Rusiyada maraqlı hadisə: Avtoyuma məntəqəsinə gələn sakinlər fillərlə qarşılaşdılar - VİDEO

Rusiyanın Vladiqafqaz şəhərinin sakinləri avtoyuma məntəqəsində maraqlı mənzərəyə şahid olublar.

Məntəqəyə gələn sakinlər avtoyumanı "su parkı"na çevirən fil ailəsi ilə qarşılaşıblar.

Belə ki, Şimali Osetiyanın paytaxtına fil sirki gəlib və rəhbərlik əsas artistləri - 37 yaşlı ana fili və onun qızı olan 16 yaşlı fili çimizdirməli olublar. Belə bir qeyri-standart müraciətə isə yalnız bir avtoyuma məntəqəsinin işçiləri razılaşıblar.

"Artistlər" səliqə ilə suyun altına giriblər və su prosedurları zamanı özlərini sakit aparıblar. Həmçinin məzəli və gülməli hərəkətləri ilə bu mənzərəni izləyənlərə xoş anlar bəxş ediblər.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla