AZ

Sərxan Hacıyev məşqçi seçməyə gedib

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev ölkə xaricindədir. O, milli komandanın yeni baş məşqçisi olmağa namizədlərlə danışıqlar üçün Bakını tərk edib.

Futbolinfo.az xəbər verir ki, AFFA rəhbərliyi hazırda 4 əcnəbi mütəxəssislə təmasdadır. Onlardan ikisi anlaşmağa daha meyllidir. İcraçı vitse-prezident namizədlərin istəkləri ilə tanış olub müzakirələr aparır. Yekun qərar AFFA İcraiyyə Komitəsində veriləcək.

Xatırladaq ki, İcraiyyə Komitəsinə namizədlərin siyahısı katiblik tərəfindən təqdim edilir. Hacıyev həm də baş katib vəzifəsini icra etdiyindən danışıqları məhz o aparır.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla