AZ

"Bavariya"nın yeni məşqçisi o ola bilər

Almaniyalı mütəxəssis Ralf Ranqnik "Bavariya"nın yeni baş məşqçisi ola bilər.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi 65 yaşlı məşqçi ilə danışıqlar aparır. Bu barədə "Bild" nəşri məlumat yayıb. Danışıqlar son mərhələdədir və Ranqniklə bu həftə müqavilə imzalana bilər.

Mütəxəssis hazırda Avstriya yığmasına da rəhbərlik edir.

"Bavariya" Bundesliqada 66 xalla ikinci sıradadır. Münhen təmsilçisini Tomas Tuxel çalışdırır.
Seçilən
24
7
Mənbələr
Şərh ()
Bağla