AZ

Tanınmış futbolçu xəstəxanalıq oldu

Argentina millisinin sabiq hücumçusu Karlos Teves xəstəxanaya yerləşdirilib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun döş qəfəsində yaranan ağrılar olub.

Müayinədən sonra onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib. 

Argentinalı hazırda "İndependiente" komandasının baş məşqçisidir.
Seçilən
16
Mənbələr
Şərh ()
Bağla