AZ

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib.
 

Sfera.az xəbər verir ki bu barədə "Novosti Georgia" məlumat yayıb.


“Avropa Parlamentinin deputatlarından birinin Gürcüstan polisinə birbaşa hücumunun şahidi olduq. Mən cənab Austraviçiusu nəzərdə tuturam. Bu şəxs Avropa Parlamentinin deputatı olmaqla yanaşı, həm də Litvanın hakim partiyasının üzvüdür. Hər kəsə xatırladıram ki, polisə hücum dövlətə hücumdur. Yaxşı olardı ki, Litva səfirliyindən gürcü polisinə edilən bu hücumun nə demək olduğu barədə müvafiq izahatlar eşidək”, – parlamentin spikerindən sitat gətirilib.
 

Papuaşvili Avropa Parlamenti üzvlərinin bu cür bəyanatlarını “zorakılığa ideoloji təhrik” kimi qiymətləndirib.
 

Xatırladaq ki, ötən gün Avropa Parlamenti Gürcüstanda “xarici agentlər” haqqında qanunun qəbulu cəhdləri ilə bağlı vəziyyəti müzakirə edib. Müzakirələr zamanı Austraviçus Gürcüstan xüsusi təyinatlılarının rəhbəri Zviad Xarazişviliyə və patrul polisinin rəhbəri Vaja Siradzeyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
 

İnci

Sfera.az

Seçilən
26
2
Mənbələr
Şərh ()
Bağla