AZ

“Ferrari” komandasının adı rəsmən dəyişdi

İtaliyanın “Ferrari” komandası ABŞ-nin aparat və proqram təminatı təchizatçısı “Hewlett Packard” ilə müqavilə imzalayıb. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. “Hewlett Packard” Skuderianın titul sponsoru olacaq.

“HP və “Ferrari” tarixi ortaqlığını elan edirlər. Biz texnologiya və innovasiya vasitəsilə insanlara güc verən və bütün dünyada əlaqələr yaradan səyahətə çıxmaqdan özümüzü xoşbəxt hiss edirik”, – deyə “Ferrari”nin bəyanatında deyilir.

Bu müqavilədən sonra komandanın adı rəsmən dəyişdirilib. Bundan sonra komanda “Scuderia Ferrari HP” adlanacaq.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla