AZ

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb.

BiG.AZ xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtla saat 17.30-da şimal Hokkaydo bölgəsindəki New Chitose hava limanına eniş edib.

Neft sızması səbəbindən uçuş-enmə zolağının ortasında dayanan və göyərtəsində 213 sərnişin olan təyyarənin qanadlarından ağ tüstü qalxıb.

Sərnişinlər təxliyə edilib.

İki uçuş-enmə zolağından biri istismardan çıxıb

Təyyarə xüsusi maşınlar vasitəsi ilə təhlükəsiz yerə aparılıb.


BiG.Az
Seçilən
127
49
Mənbələr
Şərh ()
Bağla