AZ

İordaniyada sentyabrın 10-da ümumi seçkilər keçiriləcək

İordaniyada parlament seçkilərinin sentyabrın 10-da keçiriləcəyi açıqlanıb.

İordaniya Kral Məhkəməsi Konstitusiyanın 34-cü maddəsinə uyğun olaraq seçkilərin keçirilməsi haqqında fərman verib.

Fərmanın verilməsi ilə eyni vaxtda İordaniya Kralı Abdullah da ölkədəki Seçki Şurasını ziyarət edib.

Kral Abdullah mövzu ilə bağlı verdiyi açıqlamada, "İordaniya parlament işində yeni mərhələnin başlanğıcını göstərən siyasi modernləşmə prosesində mühüm bir mərhələ ilə qarşı-qarşıyadır",-deyə qeyd edib.

Seçki Şurasının sədri Musa əl-Muayta ölkədə 5 milyondan çox seçicinin səs verməsi üçün 1600 seçki mərkəzinin müəyyən edildiyini və 19 əsas seçki komissiyası ilə iş aparılacağını bildirib.

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla