AZ

"Jeep" istehsalçısı işçilərini ixtisar edəcək

"Jeep" istehsalçısı "Stellantis" sürətlə dəyişən qlobal avtomobil bazarı ilə mübarizə aparmaq üçün yaxın aylarda ABŞ-dəkı fabriklərində qeyri-müəyyən sayda işçini ixtisar etməyi planlaşdırır. Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bu qərar şirkətin benzinlə işləyən avtomobillərdən elektrikli avtomobillərə keçid üçün artan kapital xərcləri ilə üzləşdiyi bir vaxtda verilib. Bundan əlavə, birinci rübdə ABŞ-də şirkətin satışları azalıb.

Məlumata görə, "Stellantis"də təxminən 43 min fabrik işçisi var.

"Bu tədbirlər məhsuldarlığı artırmağa kömək edəcək və sürətlə dəyişən qlobal bazarda şirkətin uzunmüddətli davamlılığını təmin edəcək. Şirkət qeyri-müəyyən ixtisarların nə vaxt başlayacağı və ya onların konkret səbəbləri barədə məlumat verməyəcək", - "Stellantis"in bəyanatında deyilir.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla