AZ

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib.

BiG.AZ xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub.

İsrail döyüş təyyarələrinin hədəf aldığı bölgələrin Livanın cənubundakı Ayta əl-Şaab, Ramya, Cebel Bolat və Hale Verde olduğu bildirilib.


BiG.Az
Seçilən
47
Mənbələr
Şərh ()
Bağla