AZ

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

İlon Mask Hindistan və Meksikada yeni "Tesla" fabriklərinin tikilməsi planlarını təxirə salmaq və istehsalı artırmaq üçün mövcud müəssisələrdən daha fəal istifadə etmək qərarına gəlib.

Valyuta.az xəbər verir ki, bu barədə "The Economic Times" yazıb.

2024-cü ildə Amerika elektrik avtomobil istehsalçısı avtomobil istehsalını 2023-cü illə müqayisədə 1,5 dəfə artıraraq təxminən 3 milyon ədədə çatdırmağı gözləyir.

Bu yaxınlarda "Tesla" dəyəri 2 milyard dollardan 3 milyard dollara qədər olan elektrikli avtomobil istehsalı obyektinin tikintisi üçün potensial sahələri qiymətləndirmək məqsədiıə ABŞ-dan Hindistana mütəxəssislər qrupu göndərməyi planlaşdırmışdı.

İlon Maskın özü aprelin 21-22-də baş nazir Narendra Modi ilə görüşmək üçün Hindistana gəlməli idi. Lakin səfərə az qalmış iş adamı planlarını dəyişib.

Paşa Məmmədli


 

Seçilən
100
3
Mənbələr
Şərh ()
Bağla