AZ

Bakıda taksi qiymətləri BAHALAŞIB - SƏBƏBLƏR

Bakı. Trend:

Son günlər Bakıda taksi xidməti qiymətlərində bahalaşma müşahidəolunur. Qiymətlərin bahalaşması bir neçə səbəblə izah olunur.

Trend-in taksi xidməti sahəsində fəaliyyət göstərən sahibkarlararasında apardığı sorğuya əsasən, qiymətlərin bahalaşmasına səbəbtaksi xidməti göstərən avtomobillərinin sayının kəskinazalmasıdır.

Avtomobil sayının azalması bir neçə səbəblə əlaqələndirilir.Səbəblərdən biri odur ki, Nazirlər Kabinetinin qərarı ilə 15 ildənçox yaşı olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulmasıilə əlaqədar bir çox sahibkar köhnə avtomobillərini kütləvi şəkildəsatışa çıxarıb.

Digər bir səbəb isə odur ki, taksi operatorları 2007-ci və ondanaşağı ildə istehsal olunan avtomobilləri artıq reklamlıavtomobillər kimi qəbul etmir. Belə olan halda isə sahibkarlarhəmin avtomobilləri xəttən çıxararaq, satışa qoyur.

Qeyd olunur ki, bütün bunlar taksi xidməti göstərənavtomobillərinin sayının kəskin azalmasına səbəb olub ki, bu da öznövbəsində taksi qiymətlərinin bahalaşmasına zəmin yaradıb.

Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texnikigöstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”itəsdiqləyib.

Seçilən
78
9
Mənbələr
Şərh ()
Bağla