AZ

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Qazaxın

Bakı, 24 aprel, AZƏRTAC

Müasir müstəqil, qalib Azərbaycan son üç ildə zəfərləri ilə dünyanın diqqətindədir. Otuzillik işğal dövründə ölkəmiz dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin dəyişməz olduğunu ən yüksək tribunalardan bəyan etdi - Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Digər bəyanatlarda bir qarış torpağımızın belə düşmənə güzəştə gedilməyəcəyi, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyi diqqətə çatdırıldı. Əsas hədəflərimiz torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunması, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində torpaqlarımız addım-addım, qarış-qarış azad edilir

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva söyləyib.

İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin Azərbaycan reallıqlarının nümayişində əhəmiyyətli rol oynadığını xatırladan baş redaktor Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu, tarixinə, torpaqlarına sahib çıxan xalq olduğunu bir daha.sübut etdiyini vurğularaq deyib: “Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək. Azərbaycanın dünyaya günəş kimi doğmasını reallığa çevirən Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad azad görmək idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük qürur hissi ilə qeyd edir ki, biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik”.

Diqqətə çatdırılıb ki, 2020-ci ildə tarixi Zəfərinə qovuşan Azərbaycan üç il sonra - 2023-cü ildə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Aprelin 23-də Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz təmin olundu. Beləliklə, Azərbaycanın həyatında yeni dövr başladı.

Son 3 ildən artıq dövrün reallıqlarının Azərbaycan tarixinin Zəfər səhifələrinin nə qədər zənginləşdiyini göstərdiyini vurğulayan Ü.Abdullayeva bildirib: “Bu günlərdə ölkəmiz daha bir Zəfərə imza atdı. Aprelin 19-da Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələlə¬ri üzrə komissiyanın səkkizinci görüşü zamanı komissiyalar bir sıra məsələlər üzrə razılığa gəldilər ki, onlardan biri də Qazax rayonunun işğal altındakı 4 kəndinin geri qaytarılması oldu. Əldə olunan bu razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Dörd kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması ölkəmizin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti qələbəsi kimi dəyərləndirilir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ötən il suverenliyimizin tam bərpa edilməsi, bu günlərdə Rusiya sülhməramlılarının bölgədən çıxarılması, ardınca isə kəndlərin qaytarılması tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin təqdimatlarıdır. Qazax rayonun işğal altında olan kəndlərinin qaytarılması məsələsi Azərbaycan tarixi Zəfərə imza atdığı 2020-ci ildən gündəmdədir. Prezident İlham Əliyev bu məsələni daim gündəlikdə saxladı və ardıcıl iş aparıldı. Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Günümüzün reallıqları belə bir qənaətə əsas verir ki, tarixi Zəfərimizdən sonra ölkəmizin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesi artıq yaxınlaşır”.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla