AZ

İlk türkiyəli kosmonavt Azərbaycana gələcək

Bakı. Trend:

Türk dövlətləri təcrübə mübadiləsi, birgə layihələrin həyatakeçirilməsi, eləcə də, iqlim dəyişikliklərinin mənfi nəticələrinəqarşı mübarizə məqsədi ilə kosmik texnologiyalar sahəsində fəaləlaqələr yaradıblar.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan KosmikAgentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədovdeyib.

O qeyd edib ki, türkdilli ölkələrin kosmik agentliklərikiçikölçülü “CubeSat” peykinin birgə işlənib hazırlanma layihəsini,həmçinin kosmik sahədə vahid tədqiqat platformasının yaradılmasınımüzakirə edirlər.

“Bu platforma ölkələrimizin kosmik sahədə topladığı biliklərəçıxış imkanı yaradacaq. Bu platformadan alimlər və ekspertləryararlana biləcəklər”, - deyə “Azərkosmos” sədri bildirib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı (TDT)çərçivəsində sıx əlaqələrin qurulması ekoloji sahədə məlumatlarıntoplanması üçün kosmik texnologiyalardan istifadənin səmərəliliyinidə artıracaq ki, bu da kifayət qədər mühüm məsələdir. Türkiyə iləəməkdaşlığa toxunan “Azərkosmos” İdarə Heyətinin sədri qeyd edibki, iki qardaş ölkə arasında əlaqələr bütün istiqamətlərdə, ocümlədən kosmik sahədə uğurla inkişaf edir. O xatırladıb ki, ötənil Bakı Beynəlxalq Astronavtika Konqresində növbəti konqresinkeçiriləcəyi yer barədə razılıq əldə edilib.

“Azərbaycan tərəfinin fəal dəstəyi ilə 2026-cı ildə konqresinTürkiyənin Antalya şəhərində keçirilməsi qərara alınıb. Ölkəmiz bucür tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir və onu türkdostları ilə bölüşməyə hazırdır”, - deyə Səməddin Əsədov qeydedib.

Eyni zamanda, S.Əsədov Türkiyənin kosmik sahədə təcrübəsininöyrənilməsində Azərbaycanın maraqlı olduğunu bildirib.

“Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçan ilk türk kosmonavtıAlper Gezeravcının Azərbaycana səfərinə hazırıq. Ölkəmizinmütəxəssisləri onun kosmik missiyası çərçivəsində həyata keçirdiyielmi təcrübələr ilə maraqlanırlar”, - deyə qurum rəhbəri qeydedib.

Seçilən
79
3
Mənbələr
Şərh ()
Bağla