AZ

"Zirə" Azərbaycan Kubokunun finalında!

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

Axar.az xəbər verir ki, yarımfinalın ilk cavab matçında "Qəbələ" öz meydanında "Zirə"ni qəbul edib.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 2:0.

İlk görüşdə rəqibini 2:1 hesabı ilə üstələyən "Zirə" finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın ikinci cavab oyununda "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Görüş bu gün, saat 20:00-da başlayacaq. İlk cavab oyununda "Qarabağ" 4 cavabsız qolla qalib gəlib.

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla